Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

-

«Yeni Müsavat» qəzeti «Avropa Oyunları və Bakı-Avropa savaşı-pərdəarxası» başlıqlı məqaləsində yazır ki, bu böyük idman tədbiri qeyri-idman hadisəsi kimi də yadda qala bilər.

«Artıq bir müddətdir ki, iri Avropa dövlətləri, Qərbin demokratiya paytaxtları və mötəbər institutları «...yarışın bəşəri dəyərlər baxımından daha azad Azərbaycanda keçirilməsi zəruriliyi»ni bildirir, bunun üçün də ilk növbədə siyasi dustaqların azadlığa buraxılmasına çağırışlar edirlər.

Onların məntiqincə, Avropa Oyunlarının fəlsəfəsi hər şeydən öncə barış, bərabərlik, tolerantlıq, ümumbəşəri dəyərlərə sayğı, bayram anlamı daşıdığından, üstəgəl, təməl insan haqları dövlətlərin daxili işi sayılmadığından, bu cür tədbirin keçildiyi ölkədə siyasi əqidəsinə görə həbsdə yatan da olmamalıdır».

Qəzet yazır ki, əslində isə hər şey heç də göründüyü kimi deyil: «Avropa və Amerika Azərbaycanda insan haqları, azadlıqların məhdudlaşdırılması məsələsi ilə yalnız oynayır; Qərb paytaxtlarının heç vecinə də deyil; bunu da illərdir sübut ediblər; Azərbaycanda insan haqlarının durumu necədir, azadlıqlar hansı dərəcədə məhdudlaşdırılır... Onlar üçün maraqlı olan tabeçilik və nəzarət paketinin əllərində olmasıdır».

Müəllif qeyd edir ki, Rusiya və İran arasında uğurla manevr edən, Qərb dəyərlərini dəstəklədiyini hər fürsətdə bildirən, hərbi-iqtisadi-strateji müttəfiqlikdən qaçmayan, üstəlik, Avropa Oyunları üçün bu qədər riskə və xərcə gedən Azərbaycan Amerika və Avropa üçün ciddi və vazkeçilməz dövlətdir: «Qərb paytaxtları ikili standartları və aşırı praqmatizmi hər zaman prioritet hesab edib. Belə bir güc əgər bu dərəcədə bir ölkənin, onun rəhbərinin üstünə gəlirsə, ondan insan haqlarından daha artıq şeylər istənilir, deməkdir...».

Nurəddin Məmmədli

Nurəddin Məmmədli

«ATƏT-Ə QARŞI BAŞ VERƏNLƏR HÖKUMƏTİN CIĞAL SİYASƏTİNİN NƏTİCƏSİDİR»

«Azadlıq» qəzeti ATƏT-nin Bakı bürosunun bağlanması məsələsinə toxunub yazır ki, bu, Azərbaycan üçün müsbət nəticələr vəd etmir.

«Ekspertlər də hesab edirlər ki, hakimiyyətin bu addımı onsuz da mövcud problemlər üzündən ağır durumda olan ölkəni daha da çıxılmaz vəziyyətə sala bilər.

AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli «Azadlıq»a açıqlamasında bildirib ki, ATƏT ölkələrlə daim əməkdaşlığın uyğun formalarını axtarıb və əməkdaşlıq çərçivəsində zora yol vermədən, beynəlxalq tədbirlərin həllində rol oynayıb. Onun fikrincə, Azərbaycan müstəqillik əldə edəndən sonra bu təşkilata qoşulmaqla mövcud problemlərin beynəlxalq aləmdə qaldırılması və həlli istiqamətində müəyyən addımların atılmasına nail olub: «Azərbaycan hakimiyyətinin sırf öz maraqlarına görə beynəlxalq təşkilatlarla qarşıdurma vəziyyətində olması ilk mərhələdə ATƏT-in tam statusuna uyğun fəaliyyətinin dondurulması ilə müşahidə edildi. Daha sonra isə yarım-statusa malik ATƏT-lə müqavilə imzalandı. Bu gün isə təşkilatın tamamilə ölkədən çıxarılması hakimiyyətin siyasətə cığallıq vasitəsi kimi baxmasının nəticəsidir. Bu cür siyasət də heç bir zaman hansısa ölkəyə hörmət gətirməz».

Qabil Hüseynli

Qabil Hüseynli

«ERDOĞAN MÜDAXİLƏ ETMƏSƏ...»

«Prezident Recep Tayyip Erdoğan siyasi proseslərə müdaxilə etməsə və baş nazir Ahmet Davutoğlu-na təsir göstərməsə, koalisiya hökuməti yaranacaq. AKP-nin səsləri itirməsi Türkiyədə hələ də demokratiyanın qorunub saxlanmasının göstəricisidir. Bunu yalnız alqışlamaq lazımdır, çünki xalq həm də ölkəni avtoritarizmə sürüklənməkdən xilas etdi».

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədəki parlament seçkiləri ilə bağlı modern.az saytının suallarını cavablandırarkən belə deyib.

Politoloq gözləntilərindən də danışıb:

«HDP parlamentdə kürd millətçiliyini, separatçılığı, PKK-nın ideyalarını təbliğ edəcək. Kürdlərin parlamentə düşməsi Türkiyə demokratiyasına heç nə verməyəcək. Əksinə, parlamentdə qarşıdurmaların artması qaçılmaz olacaq. HDP kürd intibahı, milli dirçəlişi adı altında parlamentdə kampaniya aparacaq. Bununla da kürdlərə ərazi muxtariyyəti tələb olunması gözləniləndir.

CHP ilə MHP isə ağıllı hərəkət edərək, prezidentin istefasını gündəmə gətirməlidirlər. Çünki Erdoğan prezidentlik səlahiyyətlərindən kənara çıxaraq seçkiqabağı AKP-nin təbliğatını apardı. Bu, çox ciddi pozuntudur. Buna görə də Türkiyə parlamentində Erdoğan-ın istefası gündəmə gətirilməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG