Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

Aralıq dənizindən 5800 qaçqın xilas edilib


Aralıq dənizində xilas edilən miqrantlar, arxiv fotosu

Aralıq dənizində xilas edilən miqrantlar, arxiv fotosu

-

İtaliya bildirir ki, son 48 saat ərzində Aralıq dənizini keçməyə çalışan 6 min qaçqın xilas olunub.

İtaliya sərhəd qvardiyası iyunun 7-də bildirib ki, qaçqınlar İtaliya, Almaniya, Britaniya və digər Avropa ölkələrinin komandaları tərəfindən xilas olunub. Ümumilikdə 30 xilasetmə əməliyyatı aparılıb.

5851 qaçqının əksəriyyəti Liviya sahillərindən 80 kilometrliyində tapılıb. Onların hamısı İtaliyaya gedəcəkdi.

Bu il Afrikada Avropaya yol alan qaçqın və miqrantların sayı artıb. BMT 1800-dən çox qaçqının dənizdə batdığını bəyan edib.

AB cavab tədbiri kimi Aralıq dənizində nəzarəti gücləndirib. Ancaq artıq qitəyə yan almış qaçqınların taleyi məsələsi açıq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG