Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Obama, Merkel: “Sanksiyalar qalmalıdır”


Barack Obama və Angela Merkel Bavariyanın Krun kəndində görüşüb

Barack Obama və Angela Merkel Bavariyanın Krun kəndində görüşüb

-

ABŞ Prezidenti Barack Obama və Almaniya kansleri Angeal Merkel razılaşıblar ki, Minsk atəşkəs sazişi “tam yerinə yetirilənə” və Rusiya qonşusunun suverenliyinə hörmət edənədək Rusiyaya iqtisadi sanksiyalar qalmalıdır. Məlumatı Ağ Ev yayıb.

Liderlər iyunun 7-də Bavariyada Böyük Yeddiliyin illik sammitindən öncə görüşüblər. Merkel daha sonra deyib ki, Moskva Ukraynadakı hərəkətlərinə görə indilik G7-nin “dəyərlər icması”ndan kənarda dayanmalıdır.

Ötən il Rusiya Krımı anneksiya edəndən Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyaya qarışı iqtisadi sanksiyalar tətbiq edib.

Fevralda Minskdə əldə olunmuş atəşkəs sazişinin məqsədi Ukraynanın şərqində döyüşlərə son verməkdir. Saziş mütəmadi olaraq pozulmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG