Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

-

Türkiyə parlament seçkisinin ilkin nəticələri göstərir ki, prezident Recep Tayyip Erdogan-ın hakim Ədalət və İnkişaf Partiyası (AKP) çoxluğu qazana bilməyib. Bu, ölkənin populyar liderinin daha geniş səlahiyyət qazanma istəyinə bir zərbə oldu.

Bülletenlərin demək olar hamısı sayılıb, AKP səslərin 40.8 faizini qazanıb. 2011-ci il seçkisində AKP 49.8 faiz səs toplamışdı.

Beləliklə, AKP 550 yerlik parlamentdə 258 yer qazana biləcək. Təkpartiyalı hökumət üçün 276 yer qazanması lazım idi. 2002-ci ildən AKP ölkəni təkbaşına idarə edib.

Bu nəticələr AKP üçün məğlubiyyət sayılır. Belə ki, partiya prezidentin səlahiyyətini artırmaq üçün konstitusiyaya dəyişiklik etməyi hədəfləyirdi və buna görə yetərli dəstək qazana bilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG