Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 5 gün ərzində tədbirlərin keçirilməsi ilə bağlı əsas küçə və prospektlərdə nəqliyyatın hərəkəti dayandırılır.

Avropa Oyunlarının məşəli Azərbaycanın 60 rayonunu gəzəndən sonra iyunun 7-də dənizdə ilk neft platforması olan Neft Daşlarına gətirilib.

Neft Daşlarında məşəli Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə alovlandırıb.

Neft daşlarından sonra dəniz yoluyla şəhərə gətirilən məşəli Milli Parkdakı Sadko limanında prezident İlham Əliyev qəbul edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin motoskletçiləri və polisin müşayəti ilə məşəl Ağ Şəhər bulvarına gətirildi.

İzdiham olmayıb

Hava küləkli olduğundan və yeni açılmış Ağ Şəhər bulvarında qumlu ərazilər çox olduğundan külək qumu ora-bura sovururdu.

Bir neçə saat əvvəl ərazinin təmizliyi ilə məşğul olan xadimələri isə bir şəxs gəlib ordan uzaqlaşdırdı. Şəhərə gedən yollarda maşınlara qadağa qoyulmuşdu.

18.30-da məşəl Ağ Şəhər bulvarına gətirildi. Məşəlin qarşılanması ilə bağlı burda əvvəlki izdiham yox idi. Sakinlər də gözə dəymirdi. Ərazidə bir neçə adam vardı – Xətai rayon icra hakimiyyətinin əməkdaşları, bir neçə könüllü, bir də polislər.

Məşəl yaxınlıqdakə uşaq parkında alovlandırıldıqan sonra dəniz sahilinə üz tutdu. Ordan Neftçilər prospektinə, Dövlət Bayrağı Meydanına aparıldı. Günün sonunda Qız qalasına aparıldı və bir gecə orada qalacaq.

Məşəl Bakıda hərəkəti dayandıracaq

İyunun 8-də məşəl Bakı 2015 I Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman və Milli Gimnastika Arenaları, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, məşəlin Bakıya gətirilməsi və 5 gün ərzində tədbirlərin keçirilməsi ilə bağlı əsas küçə və prospektlərdə nəqliyyatın hərəkəti dayandırılır.

İçərişəhər qoruğunun məlumatına görə, iyunun 9-da məşəl İçərişəhərə gətiriləcək.

Məşəlin burdakı səyahəti saat 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən qala divarları yaxınlığından başlayacaq.

Şirvanşahlar – Olimpiya Stadionu

Məşəl Qoşa Qala qapısı meydanına, daha sonra Buxara və Multanı karvansaralarının yaxınlığından keçərək Qız qalası meydanına çıxacaq. Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçəcək. Saat16:50-də məşəlin gəzintisi Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Məşəlin gəzintisi ilə bağlı iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişinə qadağa qoyulacaq.

Məşəl iyunun 11-də Qız qalasından götürüləcək. İyunun 12-də açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna aparılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG