Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

«Hər kəs danışdı. Hər kəsin açıq, sərbəst düşüncələrini ifadə etdiyi kampaniya nəticəsində millət iradəsini səs vermədə bildirəcək».

Bunu Türkiyənin 11-ci prezidenti Abdullah Gül parlament seçkilərində səsvermədən sonra deyib. O, seçkinin hər kəs, o cümlədən bütöv məmləkət üçün xeyirli olacağına inamını bildirib.

Bu arada Türkiyədə 7 iyun parlament seçkiləri problemsiz də ötüşmür. Hüriyyət.com-un yazdığına görə, Şanlıurfada səsvermə qutusunun başında dava düşüb, nəticədə 15 nəfər yaralanıb.

Rəqib partiya tərəfdaşları arasında başlanan qarşıdurma əlbəyaxa döyüşə keçib, tərəflər bıçaq və daş və tüfəngə əl atıblar. Qarşıdurmaya səbəb səsvermə məntəqələrini müşahidə etmək istəyən HDP (Xalqların Demokratik Partiyası) tərəfdarlarına əngəl yaradılması olub.

Yaralananlar arasında hadisəni işıqlandırmağa çalışan bir jurnalist də var, onun bıçaq yarası aldığı deyilir.

Polis qarşıdurmanın qarşısını alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Əraziyə polis nəzarəti davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG