Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:36

Haqqında müxtəlif şayiələr dolaşan Cavadağa Sultanov məhkəmədə ifadə verdi


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və 26 nəfərlik dəstənin noyabrın 10-da davam edən məhkəmə prosesində Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov şahid qismində ifadə verib. O, Milli Təhlükəsizlik Nazirliyinin ötən ilin mart ayında keçirdiyi «Qara kəmər» əməliyyatından sonra daxili işlər orqanlarından kənarlaşdırılan bir qrup yüksək vəzifəli polislərdən biridir.


Cavadağa Sultanov ifadəsində bildirib ki, Hacı Məmmədovun dəstəsinin qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: «Soruşdum ki, onlar kimdir, dedi ki, generallar». Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub. Cavadağa Sultanov isə bildirib ki, o, ailəsinə görə qorxurmuş: «Əgər məlumat versəydim, indi burda mənim ölüm işimlə bağlı epizoda baxılacaqdı».


Məhkəmə prosesi noyabrın 13-də davam edəcək.


XS
SM
MD
LG