Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

- Yenilənib...

Səhiyyə Nazirliyindən anspress-ə verilən məlumata görə, olay nəticəsində 25 nəfər yaralanıb. Onlardan 19 nəfəri xəstəxanaya yerləşdirilib, xəstələrin üçü reanimasiyadır.

Bakıda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilir ki, Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb, avtobusda olan 1 nəfər sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

***

İyunun 7-də Sabunçu-Zabrat yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Hadisə şahidlərinin "anspress"-ə verdikləri məlumata görə, qəzada ölən və yaralananlar var.

Hadisə yerinə bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik hər hansı məlumat yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG