Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

-

Əfqanıstanın şimalında “gərgin döyüş” davam edir. Bu barədə yerli rəsmilər məlumat yayıb.

Bildirilir ki, hökumət qüvvələri Taliban döyüşçüləri ilə zəngin rayonu ələ keçirməyə çalışırlar.

Rəsmi açıqlamaya görə, iyunun 7-də Yamgan rayonundakı qarşıdurma zamanı 10-dan çox döyüşçü və təhlükəsizlik xidmətinin 4 əməkdaşı həlak olub. O da bildirilib ki, iyunun 6-da sözügedən ərazidəki təhlükəsizlik qüvvələrinə yardım məqsədilə göndərilən əlavə qüvvələr Talibin nəzarati altına düşüb. Taliblər rayonun mərkəzini ələ keçirdiklərini təsdiqləyiblər.

Taliban 2014-cü ilin yazında da Yamganı qısamüddətli ələ keçirmişdi. Hökumət qüvvələri iki gün davam edən fasiləsiz mübarizə nəticəsində rayonu geri ala bilmişdi.

Hazırda Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçularla heç bir beynəlxalq qüvvələrin köməyi olmadan mübarizə aparır. Beynəlxalq qüvvələr öz missiyalarını ötən il başa vurublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG