Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

-

İyunun 7-də Almaniyada böyük yeddilərin iki günlük sammiti başlayır.

Rusiya sammitə dəvət olunmayıb.

Sənayesi inkişaf etmiş yeddi ölkənin rəhbərlərinin beynəlxalq problemləri, eləcə də dünya iqtisadiyyatı, yoxsulluq və terrorla mübarizə, qlobal iqlim dəyişikliyi kimi məsələləri müzakirə edəcəklər.

Ukraynanın şərqindəki münaqişəyə görə Qərbin Rusiyaya münasibətinin də müzakirə olunacağı gözlənir.

Sammit Almaniyanın mərkəzindən kənarda - Qarmiş-Partenkirxen şəhərində keçirilir.

Şənbə günü – iyunun 6-da Qarmiş-Partenkirxendə sammit əleyhdarları etiraz aksiyası olub. Etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Nümayişə çıxanlar arasında müxtəlif qurumlardan olan fəallar, o cümlədən yoxsulluqla mübarizə, ətraf mühit müdafiəçiləri, qaçqınların, heyvanların hüquq müdafiəçiləri olublar. Etirazçılar arasından bir nəfər xüsusi diqqət çəkib. O, aksiyaya üzərində “Cəhənnəm olun! Mən Putini bəyənirəm” sözləri yazılmış, plakatla qatılıb.

Mitinq təşkilatçılarının dediyinə görə, aksiyada 7 min 500, polisin məlumatına görə isə 3 min 600 nəfər iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG