Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:04

Türkiyə Parlament seçkilərində AKP qalib gəlir - [Yenilənib]


-

İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçirilib. Səsvermə yerli vaxtla saat 5-də başa çatıb. Hazırda açılan qutulardakı səslərin əksəriyyətini - 41,1 faizini hakim AKP qazanıb. Digər səslər - 25,3 faizi CHP, 16,6 faizi MHP, 12,40 faizi HDP-yə verilib.

Seçkilərə 20 siyasi partiya, 166 müstəqil namizəd qatılıb.

HDP AKP ilə hər hansı koalisiyaya getməyəcəyini bir daha vurğulayıb.

***

Türkiyə seçkilərində ən çox müzakirə edilən foto

Diyarbakırda bombalı hücumda yaralanan vətəndaşlardan biri səsvermə məntəqəsinə gəlib və seçkilərdə öz səsini verib. Sosial şəbəkələrdə seçkilərlə bağlı ən çox paylaşılan və müzakirə olunun məhz onun fotosu olub.

***

«Nişantaşı və Tesvikeye-də işıqlar sönüb. Bir neçə dəqiqədən sonra Tesvikeye-də işıqlar yanıb».

AzadlıqRadiosunun seçkiləri izləyən İstanbuldakı müxbirinin xəbərinə görə, Elektrik İdarəsi Nişantaşında axşam saat 6-ya qədər işıqların olmayacağını bildirib. Səsvermə isə yerli vaxtla axşam 5-də baça çatır.

***

Seçkilər yerli və beynəlxalq müşahidəsi ilə keçirilir. Hələki, hansı partiyadan və ya müstəqil namizədlərdən kimlərin daha çox səs toplayacağı haqda təxminlər yoxdur.

***

«Hər kəs danışdı. Hər kəsin açıq, sərbəst düşüncələrini ifadə etdiyi kampaniya nəticəsində millət iradəsini səs vermədə bildirəcək».

Bunu Türkiyənin 11-ci prezidenti Abdullah Gül parlament seçkilərində səsvermədən sonra deyib. O, seçkinin hər kəs, o cümlədən bütöv məmləkət üçün xeyirli olacağına inamını bildirib.

Bu arada Türkiyədə 7 iyun parlament seçkiləri problemsiz də ötüşmür. Hüriyyət.com-un yazdığına görə, Şanlıurfada səsvermə qutusunun başında dava düşüb, nəticədə 15 nəfər yaralanıb.

Rəqib partiya tərəfdaşları arasında başlanan qarşıdurma əlbəyaxa döyüşə keçib, tərəflər bıçaq və daş və tüfəngə əl atıblar. Qarşıdurmaya səbəb səsvermə məntəqələrini müşahidə etmək istəyən HDP (Xalqların Demokratik Partiyası) tərəfdarlarına əngəl yaradılması olub.

Yaralananlar arasında hadisəni işıqlandırmağa çalışan bir jurnalist də var, onun bıçaq yarası aldığı deyilir.

Polis qarşıdurmanın qarşısını alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Əraziyə polis nəzarəti davam etdirilir.

TÜKRİYƏDƏ PARLAMENT SEÇİLƏRİDİR...

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilir. Seçkilərə 20 siyasi partiya, 166 müstəqil namizəd qatılıb. Səsvermədə 53 milyondan çox seçicinin iştirak edəcəyi gözlənir.

Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedir.

AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. AKP-nin daxili nizamnaməsinə görə, partiya deputatlarının parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG