Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Rafiq Tağı və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu prokurorluğa dəvət edilib


Bakının Nardaran qəsəbəsinin dindar sakinləri yazıçı Rafiq Tağını ölümlə hədələyiblər. Noyabrın 10-da qəsəbədə keçirdikləri mitinqdə qəsəbə sakini olan Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacı Əlikram Əliyev və başqaları yazıçını Məhəmməd Peyğəmbərin ünvanına «müharibə fitvalarının atası» ifadəsi işlətməkdə ittiham ediblər. Çıxış edən bəzi kənd sakinlərin Rafiq Tağını ölümlə hədələyiblər. Onlar bu cür fikirləri Avropadan Məhəmməd peyğəmbərə qarşı başlamış təhqir dalğasının davamı adlandırıb, Rafiq Tağının fikirlərini çap etmiş «Sənət» qəzetinin bağlanmasını, qəzet rəhbərliyi və müəllifin cəzalandırılmasını tələb ediblər.


Rafiq Tağının özü isə «Azadlıq» radiosuna «Sənət» qəzetinin noyabrın 1-də çap olunan sayındakı «Avropa və biz» adlı məqaləsindəki həmin ifadələrin Məhəmməd Peyğəmbərə təhqir olmadığını söylədi. Bu məsələ ilə balı noyabrın 11-də Rafiq Tağı və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu prokurorluğa dəvət edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG