Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:51

-

"Binanın zirzəmisini qazırlar. Bu bina xüsusi arxitekturası ilə fərqlənən köhnə binadır. Bir az da qazsalar daş-kəsəyin altında qalacağılq".

Bunu "Qaynar xətt"ə Səbail rayonu, İstiqlalliyyət küçəsi 43-də yerləşən binanın sakinləri deyir. Onlar neçə gündür ki, binanın zirzəmisində təmir işləri aparıldığını və zirzəminin qazıldığını bildirirlər. Sakinlər vəziyyətdən narahatdırlar və binanın çökməsindən qorxuya düşüblər.

"GƏLİB İŞİ DAYANDIRAN YOXDUR"

Bina sakini Asya Fərəcova:

“Zirzəmidə qazıntı işi aparılır. Yardımçı divarlar sökülür. Belə getsə, bu işlərin qarşısı alınmasa bina qəzalı vəziyyətə düşəcək, zərbəsi isə biz sakinlərə dəyəcək. Fövqəladə Hallar Nazirliyinə, Səbail rayon İcra Hakimiyyətinə məlumat vermişik. Gəlib işi dayandıran yoxdur".

Binanın başqa sakini Ülkər Məmmədova deyir, əvvəl binanın arxitekturasına zərər gəlməsindən narahat idilərsə, indi bu məsələ arxa plana keçib. Adamlar həyatlarını təhlükə ilə üz-üzə görürlər:

"Əvvəllər şikayətləndik ki, binanı hər dəfə təmir etdikcə, əlavələr filan olunduqca arxitekturası korlanır. Ancaq indi bizi narahat edən həyatımızdır. Əməlli-başlı təhlükəyə atıblar bizi. Köhnə binanın zirzəmisində hər gün "laqunda" işləyir. Yardımçı divarlara əl dəymək olmaz. Ancaq heç kim məhəl qoymur".

"DEYİR, ÖZƏL OBYEKTDİR, İŞİNƏ QARIŞA BİLMƏRİK"

Sakin deyir, bina 9 saylı Mənzil İstismar Sahəsinin (MİS) balansındadır. MİS-ə müraciət edəndə onlara bildirilir ki, zirzəmi özəl abyektdir və obyekt sahibinin təmir işləri aparmasına mane ola bilməzlər.

"Deyir, biz ona heç nə deyə bilmərik. Necə yəni heç nə deyə bilmərik? Binanı böyrü üstə qoysun, siz də ona heç nə deyə bilməyəsiz?"

9 saylı MİS-dən bildirildi ki, zirzəminin sahibinə təmirin dayandırılması üçün dəfələrlə xəbərdarlıq edilib. Hər dəfə də iş dayandırılıb.

"Görünür, yenə işi davam etdirir. Biz mütləq baş çəkib vəziyyətlə maraqlanarıq. Əgər sakinlərin narahatçılığına həqiqətən də səbəb varsa, işi dayandıracağıq".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG