Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

-

"Şəhəri küknar kimi bəzədilər. Avropalılar gələcək deyə... Bəs kənd yolları? O avropalıların buralara yolu düşməyəcək deyə, gətirib bu yollara bir vedrə asfalt da tökmürlər. Bakıdasa bir yola üst-üstə otuz dəfə asfalt döşəyirlər".

7 RAYONUN SAKİNLƏRİNİN İSTİFADƏ ETDİYİ YEGANƏ YOL

İmişlinin Bəhrəmtəpə qəsəbəsinin sakini Tural Mehrəliyev yollardan şikayətçidir. Deyir, işləri ilə əlaqədar tez-tez qəsəbəni Biləsuvar rayonu ilə birləşdirən 45 kilometrlik yolu keçmək məcburiyyətində qalır. Hər dəfə şəxsi avtomobili ilə bu yola azı 3-4 saat vaxt itirir. Hər dəfə də geri qayıdandan sonra avtomobili təmirə verir.

"Hər il yolların təmir-bərpasına fantastik məbləğdə pul ayrılsa da, qarşılığında əhalinin yol rahatlığı təmin olunmur. Məsələn, İmişli yolunda sürücü həyatını riskə atmış olur. Belə neft gəliri olan ölkənin yoluna baxanda adam xəcalət çəkir. Görəsən o rayonların millət vəkilləri nə işlə məşğuldurlar. Həmin yol cənubdakı 7 rayonda yaşayan vətəndaşlarımızı aran, qərb və şimalda yaşayan vətəndaşlarla birləşdirən yeganə yoldur".

Kəndin başqa sakini Əjdər Hüseynov 2 il əvvəl yağışlı gündə bu yolda azyaşlı nəvəsini itirib. Özü isə əlil olub:

"Yollar yağış suyu ilə dolmuşdu. Qrunt yol sürüşkən olduğundan idarə etmək çətin idi. Maşın zərblə su ilə dolu çuxura düşdü. Bir müsibətlə öhdəsindən gəldim, çuxurdan çıxara bildim. Ancaq ikinci bəladan sovuşa bilmədik. Maşın yolda sürüşdü, idarəetməni itirdim. Hər şey bir anın içərisində oldu. Maşın bir neçə dəfə aşdı. Özümə gələndə xəstəxanadyadım. Nəvəm dünyasını dəyişmişdi. Mənimsə onurğam sınmışdı, ömürlük arabaya möhtac qaldım".

HƏLƏLİK O YOLA DİQQƏT AYIRMAQ MÜMKÜN SAYILMIR

Sakin deyir ki, bu yoldan hər gün Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayonlarının sakinləri istifadə edirlər. Sovet dönəmində çəkilmiş yoldakı asfaltdan əsər-əlamət qalmayıb. Çünki bu yollarda heç vaxt təmir-bərpa işləri aparılmayıb. Sürücülər bu yollarda maşınları çətinliklə idarə edirlər.

Nəqliyyat Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, yolların təmiri növbəli şəkildə həyata keçirilir. Hazırda Bakı-Rusiya yollarının təmir-bərpası işləri davam etdiyindən, İmişli ilə cənub zonasını birləşdirən yolların bərpası mümkün deyil. Ancaq Nəqliyyat Nazirliyinin əməkdaşları maksimum çalışırlar ki, bu yolda sürücülərin təhlükəsizliyi təmin olunsun.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG