Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Ramazan təqvimləriylə bağlı xəbərdarlıq


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər».

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov son günlər müzakirə mövzusu olan müxtəlif «dini təqvim»lərlə bağlı açıqlama verərkən bildirib.

Ə.Zülfüqarov təəssüflənir ki, ölkədə müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də var:

««Xarici təqvimlər»də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır. Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur».

Ə.Zülfüqarov bir daha bildirib ki, Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı təqvimdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. O deyib:

«Biz xəbərdar edirik ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək».

XS
SM
MD
LG