Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:20

Kiyevdə gey-parad olub, 3 milis yaralanıb


-

İyunun 6-da Kiyevdə «Bərabərlik marşı» adlanan gey-parad keçirilib.

Ukrayna KİV-lərinin məlumatına görə, qarşıdurma zamanı 3 milis əməkdaşı xəsarət alıb, onlardan biri boynundan yaralanıb.

Mitinqçilərə hücum edənlərdən 10 nəfər saxlanılıb.

Naməlum şəxslər mühasirəni yararaq aksiya iştirakçılarına tüstüləyən maddələr atıblar.

LGBT hərəkatının fəallarını 13 avtobus milis qoruyub.

Aksiyada 300 nəfərin iştirak etdiyi deyilir.

Aksiyanın keçirilməsinə etirazlar olsa da, prezident Petro Poroshenko bunun Konstitusiyaya zidd olmadığını söyləyib.

XS
SM
MD
LG