Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

Bir qrup tələbə parlamentin qarşısında «Qaytağı» oynayıb


Noyabrın 10-da Bakının ayrı-ayrı ali məktəblərində təhsil alan bir qrup tələbə Milli Məclisin qarşısında maqnitofonda Azərbaycanın milli rəqs musiqisi səsləndirib rəqs etməklə və kart oynamaqla etiraz aksiyası keçiriblər. Rəqs edən gənclər əllərində «Təhsil qanunu ictimai müzakirə çıxarılsın» və «Yeni təhsil qanunu xaosun sonu» yazılmış şüarlar da tutublar. Onlar bu üsulla deputatların diqqətini neçə illərdir qəbul olunmayan təhsil qanununun müzakirə edilməsinə yönəltmək istəyiblər.


Aksiyanın təşkilatçısı Ülvi Həsənli «Azadlıq» radiosuna bildirib ki, etirazın bu üsulunu seçməkdə məqsədləri tələbələrin vəziyyətini təsvir etmək olub. «Biz göstərmək istədik ki, təhsil qanunu olmayan ölkənin gəncləri oxumaqla yox, rəqs eləmək və kart oynamaqla məşğul ola bilər». Polis isə gəncləri parlamentin qarşısından qovub və şüarlarını əllərindən alıb cırıb. Tələbələr millət vəkillərinin onları qəbul etmələri üçün parlamentin qəbul şöbəsinə də müraciət ediblər. Qəbul şöbəsindən onlara bildiriblər ki, yaxın günlərdə parlamentin uyğun komissiyalarında millət vəkilləriylə görüşmələrinə imkan yaradılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG