Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:32

Oyunlara görə avtobusların yolu dəyişdirilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 6-da Bakıda bəzi sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS-ə məlumat verib. Onun dediyinə görə, bu dəyişiklik müvəqqətidir.

«Bu gün paytaxtda I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib», - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi deyir ki, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər.

İyunun 5-dən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib.

XS
SM
MD
LG