Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43

Növbəti buraxılış imtahanları keçirilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada növbəti buraxılış imtahanları keçirir.

İmtahanlar bu dəfə Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərindəki orta ümumtəhsil müəssisələrində aparılır.

TQDK-nın məlumatına görə, iyunun 6-da Bakının Səbail və Nərimanov rayonlarındakı ingilisdilli məktəblərdə də buraxılış imtahanları keçirilir.

Buraxılış imtahanlarının keçirilməsi üçün 65 mərkəz yaradılıb.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.

Bu il 24 min 774 nəfər XI sinif şagirdi imtahanda iştirak etməlidir.

XS
SM
MD
LG