Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Kürdyönlü Xalq Demokratik Partiyasının seçkiöncəsi mitinqində baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub və 100-dən artıq insan yaralanıb.

-

Türkiyədə kürdyönlü Xalq Demokratik Partiyasının (türkcə Halk Demokratik Partisi – HDP) seçkiöncəsi mitinqində baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub və 100-dən artıq insan yaralanıb.

İki partlayış cümə günü, seçki kampaniyasının son mitinqində, bir birindən 5 dəqiqə fasilə ilə baş verib.

Türkiyənin böyük kürd icmasının yaşadığı Diyarbakırda keçirilən bu mitinqdə HDP lideri Selahattin Demirtaş çıxış etməli idi.

Partlayışların səbəbi bilinmir

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu yaralıların 50 nəfər olduğunu və onlardan 24-nün xəstəxanada müalicə olunduğunu bildirib.

Mitinqi təşkil edənlər əvvəlcə partlayışların elektrik paylama stansiyasındakı nasazlıqla əlaqədar olduğunu bildirsələr də, energetika naziri Taner Yıldız bu izahatı rədd edib.

Bununla belə o da partlayışa bombanın səbəb olub-olmadığı barədə heç nə deməyib.

AFP agentliyinin müxbiri partlayışlardan birinin zibil konteynerində, digərinin isə elektrik stansiyasında baş verdiyini bildirmişdi.

HDP Erdoğanın planlarını alt-üst edə bilər

Bu partlayışlar Türkiyədə bazar günü keçiriləcək parlament seçkisinə iki gün qalmış baş verib. Əsasən əslən kürdləri birləşdirən HDP seçkinin nəticələrinə və beləliklə, Türkiyənin gələcək siyasi kursuna ciddi təsir göstərə bilər.

Partiya bu seçkidə ona parlamentə daxil olmaq imkanı verəcək 10 faizlik həddi aşmağa hazırlaşır.

Əgər bu baş verərsə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bu seçkidə superçoxluq əldə edə bilməyəcək. Bu isə o deməkdir ki, Türkiyənin parlament respublikasından prezident dövlətinə çevrilməsinə dair Recep Tayyip Erdoğanın planları alt-üst ola bilər.

Baş nazir Ahmet Davutoğlu bəyan edib ki, hökumət partlayışların səbəbini ciddi araşdıracaq.

“Bu hadisənin arxasında nə durursa dursun – istər transformatorun partlaması, istərsə sui-qəsd və ya təxribat, bu partlayışların səbəbi ciddi araşdırılacaq, - deyib baş nazir, - Mən Diyarbakırdakı qardaşlarıma müraciət edirəm: bu hadisədən təxribatlar üçün sui-istifadə edilməsinə imkan verməyin. Heç kəs təxribatlara yol verməməlidir”.

HDP-yə qarşı başqa hücumlar da olub

Mitinq ləğv olunsa da, gənclərdən ibarət böyük bir izdiham hadisə yerini tərk etməyib və kütləni dağıtmağa çalışan polisə daş atmağa başlayıb.

HDP lideri Demirtaş tərəfdarlarını təmkinə çağırıb:

“Səbəbin nə olmasından asılı olmayaraq mən adamları sağlam düşüncəyə dəvət edirəm, - deyib o, - Nə baş verirsə versin Türkiyəyə sülh lazımdır”.

Bu həftənin əvvəllərində HDP-nin təbliğat maşınına basqın olmuş və maşının sürücüsü öldürülmüşdü.

Cənubdakı Adana və Mersin şəhərlərində isə HDP qərargahlarında törədilən bomba partlayışlarında 6 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG