Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Yaponiyada kitab dominosu qalmaqalı


-

"Kitabla oyun çıxarmaq olmaz"

Yaponiyada kitab dominosu qalmaqalı

Yaponiyada bir kitabxana öz binasında apardığı yenidənqurma işlərini qeyd etmək üçün dünya kitab dominosu rekordunu təzələmək qərarına gəlib. Yaponlarsa bu tədbiri kitaba hörmətsizlik kimi tənqid atəşinə tutublar.

“The Telegraph”-a istinadən Oxu zalı xəbər verir ki, bu, böyük qalmaqala səbəb olub. 18 iyulda Yaponiyanın Gifu şəhər kitabxanasının yeni dizaynlı binasının açılışı olmalıdır. Kitab dominosu tədbiri isə iyulun 12-də keçiriləcəkdi ki, Gifu kitabxanasını “kitab şəhəri” kimi reklam etsin.

Oxuculardan biri deyib ki, yapon xalqı kitaba yüksək hörmətlə yanaşır, kitabı demək olar ki, müqəddəs sayır. “Kitabları domino kimi düzüb belə oyun çıxarmaq olmaz.”

Kitab dominosu tədbiri keçirmək istəyənlər bunun üçün işlənmiş kitablardan istifadə etmək, tədbirdən sonra həmin kitabları satmaq fikrindədirlər.

Yaponiyada bir kitab kafesinin rəhbəri Takayuki Kitamura öz bloqunda yazıb: “Birinci dəfə kitab dominosunu görəndə özümü çox pis hiss etdim. Mənə hələ uşaq olanda kitablarla pis rəftar etməməyi öyrədiblər. Kitablarla pis rəftar edəndə biz onları yazan insanların fikirlərilə pis rəftar etmiş oluruq.”

Kitab dominosu tədbirinin Facebook səhifəsi şikayətlərlə dolub daşır: “Əgər mənim köhnə kitablarımdan biri ordadırsa, lütfən ondan istifadə etməyin. Lütfən bu qədər axmaq olmayın.”

Başqa bir oxucu yazıb: “Kitablar domino deyil, oyuncaq deyil. Gifu şəhərinin rəhbərliyi utanmalıdır.”

Kitab dominosunun hazırkı rekord sahibi “United Biscuits”, İngiltərənin Vindzor şəhərində “Penguin” şokoladları və Jafa pirojnaları istehsal edən şirkətdir.

Rekor nümayişində 5,318 kitab cəmi iki dəqiqə yarım müddətində domino tərzində səliqəylə bir-birinin üstünə aşırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG