Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:55

Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Ukrayna vətəndaşı olan 42 yaşlı Talıb Tağıyevin maşını ötən həftənin sonunda Donetsk şəhərinin ətrafında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan 2 gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən avtomobildən ona atəş açılıb və nəticədə ağır yaralanıb.

O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir və vəziyyətinin normal olduğu bildirilir.

Ukraynanınhüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG