Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

Poroshenko Krımı geri qaytarmaq istəyir


Ukraine -- Ukrainian President Petro Poroshenko gestures during a news conference in Kyiv, June 5, 2015

Ukraine -- Ukrainian President Petro Poroshenko gestures during a news conference in Kyiv, June 5, 2015

“Ukrayna Krıma nəzarəti bərpa etmək üçün bütün mümkün imkanlara əl atacaq”.

Bunu Ukrayna prezidenti Petro Poroshenko iyunun 5-də Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

O həmçinin deyib ki, Kiyev Krım və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların saxlanması üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik.

O qeyd edib ki, Rusiyanın dünyadakı ukraynapərəst koalisiyanı yarmasına imkan verilməmlidir.

Poroshenko bir daha Rusiyanın Ukraynaya soxulması təhlükəsinin çox böyük olduğunu deyib.

Poroshenko iyunun 4-də ölkə parlamentində çıxışında ordunu Rusiyanın mümkün hərbi müdaxiləsinə hazır olmağa çağırıb.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG