Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:17

Məşəl İçərişəhəri gəzəcək


Avropa Oyunları məşəli Sabirabadda - 7 may 2015
Avropa Oyunları məşəli Sabirabadda - 7 may 2015

-

Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl İçərişəhəri gəzəcək.

Məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız qalasında saxlanılacaq. İyunun 9-da bir sıra tarixi binalara aparıldıqdan sonra İçərişəhərə gətiriləcək.

Məşəlin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən qala divarları yaxınlığından başlayacaq.

Məşəl Qoşa qala qapısı meydanına, daha sonra Buxara və Multanı karvansaralarının yaxınlığından keçərək Qız qalası meydanına çıxacaq. Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçəcək. Saat16:50-də məşəlin gəzintisi Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Xəbəri «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.

Məşəlin gəzintisi ilə bağlı iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişinə qadağa qoyulacaq.

Məşəl iyunun 11-də Qız qalasından götürüləcək. İyunun 12-də açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən «Sadko» limanına gətiriləcək.

XS
SM
MD
LG