Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Əli Həsənov: «Bizə belə demokratiya lazım deyil»-[video]


"Bizə belə demokratiya lazım deyil"
Gözlə

No media source currently available

0:00 0:21:18 0:00

"Bizə belə demokratiya lazım deyil"

-

«Bizə demokratiya dərsi verən Qərb ölkələrində təhqiredici bir sayta rast gəlsəniz, onda mən Azərbaycanı söz azadlığının səviyyəsi ilə bağlı yüz neçənci yerə qoyan təşkilatlara Azərbaycanın ali orden, medalının verilməsini tövsiyə edərdim».

Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyunun 5-də KİV rəhbərləri ilə görüşündə deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycanda sosial mediada təhqiredici saytların olması ilə bağlı fikrinə münasibət bildirərkən Əli Həsənov deyib:

«Əgər doğrudan da Qərbin təlqin etdiyi demokratiya budursa, biz, Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik. Onlar özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər. Onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin «5-ci kolon» rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsilə kampaniya aparırlar. İkili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran «təşkilatlar» tərəfindən nəzərə alınmır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG