Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

Android-dən Facebook-u işlətmək asanlaşdı


Proqram iyunun 5-dən Asiya ölkələri üçün əlçatandır.
Proqram iyunun 5-dən Asiya ölkələri üçün əlçatandır.

-

Facebook Android üçün yeni versiyasını Facebook Lite-ı təqdim edib.

«Facebook newsroom»da verilən məlumata görə, yeni versiya daha az internet trafik xərcləyir və hər cür internet şərtlərində yaxşı işləyir.

Şirkət bildirir ki, dünyada bir milyondan çox insan Facebook-u fərqli mobil cihazlardan və müxtəlif internet şərtlərində istifadə edir. Bəzi ərazilərdə internetin sürəti zəifdir və Android-də Facebook-un bütün funksiyaları rahat açılmır. Facebook Lite məhz bu situasiyalar üçün hazırlanıb.

Məqsəd insanların minimum internet bağlantısında da Facebook-un mobil proqramından rahat faydalanmağıdır.

Facebook Lite-ın ölçüsü 1 MB-dan azdır. Ona görə də proqramı asanlıqla yükləyib quraşdırmaq olar. Proqrama Facebook-un bütün funksiyaları daxildir.

Proqram iyunun 5-dən Asiya ölkələri üçün əlçatandır.

Növbəti həftələrdə Facebook Lite Latın Amerikası, Afrika və Avropa üçün yayımlanacaq.

XS
SM
MD
LG