Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

-

Almaniya kansleri Angela Merkel deyir ki, Rusiyanın Krımın anneksiyasından sonra Böyük Yeddilər qrupuna yenidən qoşulmasını “təsəvvürə gətirmək mümkün deyil”.

“İndiki məqamda Rusiyanın iştirakı inanılmazdır. Böyük Yeddilər demokratiya və hüququn aliliyi kimi dəyərləri paylaşan dövlətlərin qrupudur,” kansler dpa agentliyinə müsahibəsində deyib.

“Bizim prinsiplərimizə beynəlxalq hüququn müdafiəsi və dövlətlərin sərhədlərinin toxunulmazlığı daxildir, çünki bunlar dünya düzəninin əsasını təşkil edir. Rusiya isə Krımı anneksiya etməklə beynəlxalq hüququ pozub”.

Merkel deyib ki, Rusiya qlobal iqtisadi qərarların verilməsində 20-lik qrupu kimi təşkilatların tərkibində iştirak edə bilər. Bu qrupa Çin, Hindistan kimi böyük iqtisadiyyatı olan, ancaq tam sənayeləşməmiş ölkələr daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG