Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15

-

Rusiya bildirir ki, Latviya və Estoniyadan konservləşdirilmiş balıq idxalını müvəqqəti olaraq qadağan edir.

Rəsmilərin məlumatına görə, səbəb balıq məhsullarında zəhərli benzopiren maddəsinin tapılmasıdır.

Latviya rəsmiləri isə Moskvanı Baltik ölkələrinə siyasi təzyiq göstərməkdə ittiham edib.

Latviyanın kənd təsərrüfatı naziri Janis Duklavs iyunun 4-də deyib ki, “bu məsələni ölkəmizin AB Şurasında prezidentliyinə bağlamaq istəməzdim. Ancaq yadınıza salım ki, Litva prezident olanda sülh istehsalçıları oxşar problemlə üzləşiblər”.

Latviyadan balıq ixracının təxminən yarısı Rusiyaya gedir.

Ötən il Rusiya Ukraynanın Krım vilayətini tutandan sonra Baltik ölkələri ilə Moskvanın münasibətləri gərginləşib.

Keçən il AB Moskvaya sanksiya qoyandan sonra Rusiya Baltik ölkələrindən balıq idxalını qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG