Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:41

Kara-Murzanın atası: "Oğlumu zəhərləyiblər"


Vladimir Kara-Murza (solda), qətlə yetirilmiş müxalifətçi Boris Nemtsov-la, arxiv fotosu

Vladimir Kara-Murza (solda), qətlə yetirilmiş müxalifətçi Boris Nemtsov-la, arxiv fotosu

-

Ötən həftə Moskvada müəmmalı şəkildə xəstələnmiş müxalifətçinin atası deyir ki, oğlunun zəhərləndiyinə inanır. AzadlıqRadionunun rus xidmətinin müxbiri olan Vladimir Kara-Murza iyunun 4-də deyib ki, həkimlər oğlunun qəfil xəstələnməsinin dəqiq səbəbini tapa bilməyiblər və o, oğlunun zəhərlənməsi qənaətinə gəlib.

Oğlu, Vladimir Kara-Murza mayın 26-da böyrək çatışmazlığı ilə Moskvada xəstəxanaya aparılıb və komaya düşüb.

“Həkimlər xəstəliyin dəqiq səbəbini tapa bilməyiblər. Biz mediada ərzaqdan zəhərlənmə kimi gülünc versiyaların dövriyyəyə buraxılmasından təngə gəlmişik,” ata Kara-Murza deyib. “Həmin gün onunla yemək yeyənlər qaydasındadır. Təkcə o, birdən özünü yaxşı hiss etməyib. İndi oğlumun zəhərləndiyini düşünməyə bütün əsaslarımız var”.

33 yaşlı Kara-Murza Açıq Rusiya qeyri-hökumət təşkilatının koordinatorudur. Bu təşkilatı Rusiyanın keçmiş neft maqnatı Mikhail Khodorkovsky idarə edir. Khodorkovsky on ildən çox həbsxanada yatıb, hazırda İsveçrədə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG