Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:33

İD Fəratın qabağını kəsir


Fərat çayı üzərində İraq ordusunun texnikası

Fərat çayı üzərində İraq ordusunun texnikası

-

İslam Dövləti (İD) silahlı qruplaşması yaraqlıları İraqın qərbində Ramadi yaxınlığında Fərat çayı üzərindəki bəndlərin bəzilərini bağlayıb. Bununla da hökumətin nəzarətində olan ərazilərə su axını azalıb.

İD bunu iyunun 3-də edib. Hökumət ərazilərində yaşayan minlərlə qaçqın və əsgər içməli su, suvarma suyuna təhlükə yaranıb. Ramadini geri almağa çalışan təhlükəsizlik qüvvələri də təhlükəylə üzləşib.

Suyun səviyyəsi ciddi azalarsa, yaraqlılar Fəratı piyada keçərək əsgərlərə hücum edə bilərlər. Bunu Ənbərin rəhbəri Taha Abdul-Ghani deyib.

İlk dəfədir İD sudan silah kimi istifadə edir. Ötən yay Mosul bəndini tutanda İD Bağdadı və digər şəhərləri suya basmaqla hədələyirdi. Ancaq və kürd qüvvələri obyekti yenidən tuta bildilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG