Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:11

Xədicə İsmayılovanın məhbusluğunun 6 ayı tamam oldu


Xədicə İsmayıl
Xədicə İsmayıl

İyunun 5-də jurnalist Xədicə İsmayılovanın məhkəməyə qədər məhbusluğunun 6 ayı tamam olur.

İyunun 5-də jurnalist Xədicə İsmayılovanın məhkəməyə qədər məhbusluğunun 6 ayı tamam olur. Ona qarşı irəli sürülmüş bir neçə ittihamlar beynəlxalq miqyasda siyasi motivli ittihamlar kimi pislənib.

Avropa İttifaqı, Avropa Şurası, Birləşmiş Ştatların hökuməti, habelə Amnesty International və Human Rights Watch (HRW) kimi beynəlxalq insan haqları qrupları və QHT-lər dəfələrlə onun azad edilməsinə çağırmış və ona qarşı ittihamların jurnalistin İlham Əliyev rejiminin korrupsiyasına dair təhqiqat yazılarına görə qisas aktı olması ilə bağlı narahatlıq ifadə etmişlər.

Mehdiyevin sanksiyası

Azad Avropa/AzadlıqRadiosu üçün işləyən və Əliyev ailəsinin biznes maraqları haqda təhqiqat yazıları yazan İsmayılova ötən dekabrın 4-də prezident administrasiyasının başçısı Ramiz Mehdiyev tərəfindən dövlətə xəyanətdə ittiham edilib.

Bundan bir gün sonra isə jurnalist guya keçmiş həmkarını intihar həddinə çatdırmaq ittihamı ilə həbs olunub.

Bu ittihama 3 ay yarımdan sonra,guya intihar dərəcəsinə çatdırılan həmin şəxs jurnalistə qarşı ifadə verməyəcəyini bildirdikdən sonraxitam verilib.

Lakin bu arada prokurorlar onun qeyri-mənfəət təşkilatı olan AzadlıqRadiosundakı işi ilə bağlı yeni ittihamlar irəli sürüblər. Bu ittihamlara görə guya “qeyri-legal işadamı” olan jurnalist Azərbaycan Xarici İşlər Nazirliyində qeydiyyatı olmadan xarici media üçün ştatdankənar müxbirlik edib.

İctimaiyyət üçün qapalı olan və fevral ayında keçirilən məhkəmədə Xədicə İsmayılova böhtana görə məhkum edilib və 2400 dollar məbləğində cərimə olunub.

Yalançılar və şərəfsizlərin cənnəti

Martın əvvəllərində İsmayılova Bakının Kürdəxanı həbsxanasında keçirilən qapalı məhkəmə dinləməsindəki bəyanatının mətni olan məktubu beynəlxalq mediaya ötürə bilib.

Məhbəsdən məktub
Məhbəsdən məktub

O Əliyev administrasiyasını “cinayətkar” və “repressiv rejim” adlandırıb və hakimə bildirib: “Sizin mənə qarşı sübutunuz yoxdur”.

O hakimə və prokurorlara deyib: “Mən bilirəm ki, təqsirsizəm və siz nə qədər çalışsanız da məni cəmiyyətdən təcrid edə bilməyəcəksiniz. Cəmiyyət də bilir ki, mən təqsirsizəm”.

O həmçinin bildirib ki, Azərbaycan “yalançılar, saxta şahidlərvə şərəfsiz hakim-prokurorlar üçün cənnətə çevrilib”.

İsmayılovanın qanunla saxlama mərkəzindən məktub yazmaq hüququ olsa da, həbsxana heyəti onun məktublarını müsadirə edib və məktublar heç vaxt ünvanına çatdırılmayıb.

Jurnalist məhbəsdə də jurnalistdir

Lakin özünün martın əvvəllərində yazdığı məktubunda o, ilkin ittihamın dayandırılması və özünə qarşı irəli sürülmüş yeni ittihamlara dair düşüncələrini ifadə edib.

İsmayılova yazır: “Birinci işdən bir şey çıxmadı, odur ki, hökumətin mənə qarşı yeni ittihamlara ehtiyacı var idi və onlar bu ittihamları yaratdılar. Mən boşa çıxan bir itthama görə artıq 3 ay yarım həbsxanada olmuşam. İndi yeni ittiham üzrə iş başlanıb. Gəlin baxaq görək bu dəfə prokurorlar əvvəl etdiklərindən daha ağıllı bir iş görə biləcəklərmi?”

Azərbaycan yalançılar, saxta şahidlər və şərəfsiz hakim-prokurorlar üçün cənnətə çevrilib.

İsmayılova həmçinin həmin məktubunda özünün məhkəməyə qədərki məhbusluğu haqqında həyati bir fikir söyləyir.

O yazır: “Həbsxana həyatın axırı deyil. Mən güclüyəm və bu, mənə, sistemi başqa tərəfindən öyrənmək imkanı verəcək”.

“Burada təqsirini boynuna alan və almayan müqəssirlərlə ünsiyyətdə olduqca mən həm də penitensiar və ədliyyə sistemindəki qanun pozuntularını öyrənirəm. Bu, əslində, misilsiz fürsətdir”.

Onun həbsindən bir neçə həftə sonra, dekabrın 26-da Azərbaycan hakimiyyəti Azad Avropa/AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirib və onu qapadıb. Büronun əməkdaşları və müqavilə əsasında çalışan işçiləri dindirilib, sənədlər və başqa kağızlar və avadanlıq müsadirə edildikdən sonra ofis möhürlənib.

Əndazə hissi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu reydi “Azərbaycanda azad mediaya və ifadə azadlığına daha bir zərbə” kimi pisləyib.

ABŞ Dövlət Departamenti bildirib ki, reyd və onunla yanaşı Azad Avropa/AzadlıqRadiosu işçilərinin hüquqi təmsilçilikləri olmadan dindirilməsi Azərbaycanda insan haqlarının vəziyyəti barədə yeni narahatlıqlar yaradır.

Əliyevin Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ diplomatlarını “əndazə hissini itirməkdə” ittiham edərək tənqidləri rədd edib.

İsmayılovanın həbsi və Azad Avropa/AzadlıqRadiosu Bakı bürosunun bağlanması Azərbaycanda hakimiyyəti tənqid edən müstəqil jurnalistlər, fəallar və qeyri-hökumət qrupları üzərinə daha geniş hücumun fonunda baş verib.

Dünya Xədicənin müdafiəsinə qalxıb

2014-cü ilin sonuna olan məlumata görə Azərbaycandaİsmayılova da daxil olmaqla 15 jurnalist və bloger həbsxana idi.

May ayında PEN Amerika Mərkəzi İsmayılovanı özünün PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı ilə təltif edib.

Həbsxana həyatın axırı deyil. Mən güclüyəm və bu, mənə, sistemi başqa tərəfindən öyrənmək imkanı verəcək

İsmayılovanın həbs edilənədək işlədiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Təşkilatı özünün Xədicə adlı layihəsinə başlayıb. Bu layihəyə görə onun davam edən həbsinə cavab olaraq silsilə jurnalist təhqiqatları dərc ediləcək.

Vaşinqtondakı Milli Mətbuat Klubu (The National Press Club) deyib ki, iyul ayında Xədicəyə mətbuat azadlığı mükafatı veriləcək.

Lakin Bakıda çıxarılmış son hökmlərə görə İsmayılova azı avqustun ortalarınadək həbsxanada saxlanacaq.

Məhkəmənin nə vaxt başa çatacağı tarix isə hələlik bəlli deyil.

XS
SM
MD
LG