Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Azərbaycanda hüquq müdafiəçiləri də aclıq aksiyasına qoşulmaq niyyətindədir


Mətbuata təzyiqlərə etiraz olaraq kütləvi informasiya vasitələri rəhbərlərinin aclıq aksiyası davam edir. Noyabrın 10-da «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu aclığı dayandırıb, onu qəzetin əməkdaşı Mustafa Hacıbəyli əvəz edib. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov, «24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğlu, «Yeni zaman» qəzetinin redaktoru Şakir Qabiloğlu və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev aksiyanı davam etdirilər.


Noyabrın 10-da aksiya iştirakçılarına qeyri-hökumət təşkilatlarının rəhbərləri baş çəkiblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, əgər «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılmasıyla bağlı problem yaxın günlərdə həll olmasa gələn həftədən 6 təşkilatın birləşdiyi Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri də aclıq aksiyasına başlayacaq.


Kütləvi informasiya vasitələri rəhbərlərinin aclıq aksiyası noyabrın 9-dan başlayıb. Onlar «Azadlıq» qəzetinin və digər KİV-lərin yerləşdikləri «Xaqani 33» ünvanından çıxarılmasına etiraz edir, mətbuata təzyiqlərə son qoyulmasını tələb edirlər.


XS
SM
MD
LG