Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

-

Orxan Pamukun son romanı ingiliscə çıxır

24 Sentyabrda yazıçı Orxan Pamukun “Kafamda bir tuhaflık” romanının ingilis nəşri çapdan çıxacaq. Bu münasibətlə o, həmin gün Londonda olacaq, Greenwood Teatrında tənqidçi və aparıcı Mark Lawsonun suallarını cavablandıracaq.

İngilis auditoriyası bunu “nadir imkan” hesab edir. Hələ indidən – üç ay əvvəldən həmin 90 dəqiqəlik görüş üçün bilet satışına (16 funt sterlinq) başlaıb.

“Kafamda bir tuhaflık” romanının ingiliscə nəşri belə təqdim olunur: Bu romanda türk cəmiyyətinin son onilləri bir küçə satıcısının dilindən nəql olunur.

Mövlud əlli il sökülən və yenidən tikilən şəhəri nəzərdən keçirir, müasir Türkiyəni formalaşdıran siyasi toqquşmalara və hərbi çevrilişlərə şahid olur.

Orxan Pamuk 2006-cı ildə Nobel mükafatı alıb.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG