Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

Ukrayna parlamenti xarici dövlətlərin ölkə ərazisində sülhməramlı əməliyyatlar keçirməsinə icazə verən qanun layihəsi qəbul edib.

Bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.

Sənədə əsasən xari ordular Ukrayna hökumətinin xahişi və BMT və Avropa Birliyinin qərarı əsasında ölkə ərazisinə buraxıla bilər.

Sənəddə qeyd edilir ki, Ukraynaya hərbi təcavüz edən ölkə bu əməliyyatlarda iştirak edə bilməz.

Ukrayna 2015-ci ilin martında BMT-dən ölkənin şərqinə sülhməramlı qüvvələr göndərilməsini xahiş edib.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG