Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34

-

İyunun 5-də saat 19:00-da «Four Seasons» otelinin «Rast» zalında Avropa Oyunları ərəfəsində Bakının mədəni irsinə həsr edilmiş «Bakı simfoniyası» adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, kitab bu qurumun, Xarici İşlər Nazirliyinin, «Paşa Həyat Sığorta» şirkətinin təşkilatçılığı və «Silk Way» şirkətinin dəstəyi ilə «IRS Publishing House» tərəfindən hazırlanıb.

Layihənin məqsədi Azərbaycanın keçmişi və bugünkü mənzərəsinin canlandırılması, eləcə də ölkənin çoxsaylı mədəniyyət abidələrinin beynəlxalq miqyasda tanıdılmasıdır.

Artıq layihənin bir neçə kitabı – «Qədim Qalanın Yuxuları», «Qobustan - minilliklər kitabı», UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş «İçərişəhər» və Azərbaycanın qayaüstü sənətinə həsr olunmuş nəşrlər işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG