Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 10:22

-

Bakıda Azadlıq prospektində yanğın baş verən binada xəsarət alanların sonuncusu da artıq evə buraxılıb.

Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov apa-ya deyib ki, hadisə nəticəsində dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova ötən gün evə yazılıb.

A.Maqsudov qeyd edib ki, yanğın zamanı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 35 nəfər gətirilmişdi: «Onlar üzərində bütün lazımi tədbirlər görülüb. Vəziyyətləri stabilləşdikcə, zamanla evə buraxılıblar».

Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG