Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:44

Qərb Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatdır.

Avropa Birliyi ehtiyat edir ki, iyunun 3-də Marinka şəhəri ətrafında baş verən toqquşmalar yeni zorakılıq dalğasına səbəb ola bilər.

Avropa Komissiyasının sözçüsü Maja Kocijancic Moskvaya xəbərdarlıq edib ki, Rusiyaya qarşı sanksiyaların gələcəyi Minsk razılaşmasının yerinə yetirilməsindən aşlı olacaq.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü

Mari Harf da eyni bəyanatla çıxış edib.

Həmçinin Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bildirib ki, vəziyyət təcili nəzarətə götürülməlidir.

Öz növbəsində Fransanın xarici işlər nazirliyi sülh razılaşmasını heç bir şərtsiz yerinə yetirməyə çağırıb.

İyunun 3-də Donetsk vilayətində Ukrayna ordusu ilə rusiyapərəst separatçılar arasında ağır döyüşlər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG