Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

“Poeziyanı poeziya olmayan yerdə axtarıram”


Həmid Piriyev
Həmid Piriyev

-

"Bundan qabaq iki dəfə "Ədəbi Azadlıq" müsabiqəsində iştirak etmişəm, amma seçilməmişəm. Heç iyirmiliyə də düşməmişəm.

Sözün düzü, bu dəfə də seçiləcəyimi gözləmirdim..."

Iki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin qisa siyahısına keçmiş Həmid Piriyevlə müsahibə

- Həmid, lütfən özünü təqdim et. Ədəbiyyatla məşğul olmağının bir tarixçəsi varmı?

- Həmid Piriyev. İyirmi dörd yaşım var. Yox, elə də xüsusi tarixçə yoxdur. Əslində bunu genetik də saymaq olar, çünki ana babam həvəskar şair olub. 13 yaşımdan şeir yazıram, 18 yaşımdan isə hekayələr. Həmçinin tərcüməylə məşğulam.

- Bildiyim qədəriylə, Bakı kəndlərinin birində doğulubsan, Abşeronun sənin üçün bir poetik mənası varmı?

Həmid Piriyev
Həmid Piriyev

- Hə, Pirşağı kəndində doğulmuşam. Abşeron maraqlı və müəyyən mənada sirli yerdir. Çünki yazılmayıb. Abşeron ədəbiyyat üçün hazır xammaldır. Yazılarımın əksəriyyəti Abşeronda cərəyan edir.

Poetikaya gəlincə isə, Mayakovskinin bir sözü var: “Mən poeziyanı poeziya olmayan yerdə axtarıram”.

Abşeron məhz elə yerdir.

soldan sağa: Rasim Qaraca, Həmid Piriyev, Rəhim Əliyev
soldan sağa: Rasim Qaraca, Həmid Piriyev, Rəhim Əliyev

Qıraqdan sadə və kobud görünür, amma əslində həddindən çox poetikdir. Sadəcə, duymaq lazımdır.

- Şeirlərini nəzərdən keçirəndə gördüm ki, müxtəlif adamların həyat hekayələrindən bəhs edir. Bu heç kimin tanımadığı adamların da özünəməxsus, təkrarsız nüsxələr olduğunu göstərmək üçündürmü?

- Mənim şeirlərim bir az anormaldır, çünki ənənəvi şeirlərə çox da uyğun gəlmir. Hər adam təkrarsızdır.

Adətən bunu məşhur simalar haqqında deyirlər. Amma əslində hamıya şamil olunmalıdır.

Mənim yazılarımın əksəriyyəti sırf həyatdan müşahidə etdiklərimdir və maraqlı hesab etdiyim adamları, hadisələri başqalarının da tanımağını, bilməyini istəyirəm. Bu qədər.

- “Ədəbi Azadlıq”da birinci dəfəmi iştirak edirsən, müsabiqədən gözləntilərin nədir?

- Yox, bundan qabaq iki dəfə həm hekayə, həm də şeirlə iştirak etmişəm, amma seçilməmişəm. Heç iyirmiliyə də düşməmişəm. Bu ilsə ancaq şeir göndərdim.

Həmid Piriyev
Həmid Piriyev

Sözün düzü, bu dəfə də seçiləcəyimi gözləmirdim. Amma birinciliyə qətiyyən iddialı deyiləm. Elə buracan gəlməyin özü böyük uğurdur mənim üçün.

- Bir çox gənc yazıçılar, tənqidçilər ədəbiyyatın meydanının son bir ildə xeyli daraldığını deyirlər.

Bunu ölkədə maliyyə böhranıyla və ədəbiyyat saytlarının qapadılması, yazarların bir qisminin işsiz qalması ilə əlaqələndirənlər var, yaşlı nəsil yazarlar isə əksinə maddi imkansızlıq dönəmində ədəbiyyatın daha güclü inkişaf etdiyini deyirlər, sən hansı fikirlə razısan?

- Düzdür, saytların bağlanmağı pis oldu. Çünki orda xeyli yazarın yazısı dərc olunurdu, maraqlı materiallarla tanış olurduq.

Amma ədəbiyyat meydanının daraldığını düşünmürəm.

Çünki on-on beş il qabaq, heç bir sayt olmayanda da yazan yazırdı.

Həmçinin maliyyə böhranıyla da əlaqələndirmək düzgün olmaz. Dediyim kimi, yazan həmişə yazacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG