Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Sədaqət Əliqızı. Gəncliyimin süqutu kimi...


Sedaqet Eliqizi
Sedaqet Eliqizi

-

Sədaqət Əliqızı

Şeirlər

Dünya tabut kimi

Oturduğum otaqda tək

Nə səs var nə bir kəs

Ətrafda yalnız sukut var

Tənhalığmın sübutu kimi

Durub aynaya baxıram

Ağarmış saçlarım

Güzgüdən mənə boylanır

Gəncliyimin süqutu kimi

Şəhər insanlarla dolu

Qalabalıq havasızlıq

Boş və qaranlıq

Bu dünya tabut kimi

SONUNA QƏDƏR

Bu şəhərin canı sıxıla-sıxıla içinə sığdırıb hər kəsi

Ümidi üzülənləri, taleyindən küsənləri,

özünə künc gəzənləri,

bir badəlik sevgiləri, mənəm-mənəm deyənləri,

qoluzorlu kəsləri,

zəifləri, əzilənləri, daha kimləri, kimləri...

Bu qədər geniş bu şəhərin daş “qəlbi”

Gühahlar içində çırpınan gecələri,

gizlətməyə çalışır içindəki

iyrənclikləri,

ləkələnən şərəfləri, qırılan qürurları.

Hər kəsin can atdığı bu şəhər,

İradələri sınağa çəkəcək sonuna qədər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG