Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

ABŞ separatçıların Donetskdə Ukrayna ordusunun mövqelərinə hücumuna görə cavabdehliyi Rusiyanın üzərinə atıb.

Dövlət Departamentinin sözçüsü Mari Harf (Mary Harf) iyunun 3-də keçirdiyi brifinqdə Rusiya ilə separatçıların koordinasiyalı hücum əməliyyatı keçirdiklərini bildirib.

O qeyd edib ki, sanksiyaların gələcəyi Rusiyanın hərəkətindən aşlı olacaq, əks halda ABŞ Rusiyaya qarşı bu cür tədbirləri gücləndirəcək.

Mary Harf ABŞ hökumətinin daxilində və tərəfdaş ölkələrlə bu barədə müzakirələr aparıldığını deyib.

Ukrayna ordusu iyunun 3-də gedən döyüşlərdə 5 əsgərinin həlak olduğunu, 39-nəfərinsə yaralandığını bildirir.

Ən ağır döyüş Marinka şəhəri ətrafında baş verib.

Separatçılar isə bu toqquşmaya görə, Ukrayna tərəfini günahlandırır və dinc sakinlər də daxil olmaqla 15 nəfərin öldüyünü bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG