Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

-

İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası Rаmazаn ayının başlaması münasibətilə fətva verilib.

Fətvaya görə, bu il Azərbaycanda Rаmazаn ayının 1-i miladi təqvimlə 18 iyuna düşür. Eydül-Fitr – Rаmazаn bayramı Şəvval ayının 1-i - iyulun 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.

Trend-in məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Rаmazаn ayı iyunun 18-də başlayacaq, amma istəyən ehtiyat olaraq bir gün əvvəldən də oruc tuta bilər.

Paşazadə Rаmazаn bayramının vaxtı ilə də bağlı fikirlərini açıqlayıb: «Bayram vaxtı ay iyulun 18-də yox, bir gün qabaq görünsə, yəni 17-i və ya 16-da görünsə, o zaman xalqa xəbər veriləcək. Amma bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası belə rəy verib. Ona görə də bayram iyulun 18-nə təyin olunub. Kim də bunu pozarsa, cəzalanacaq».

Şeyx həmçinin fitr-zəkatla bağlı tövsiyələrini də bildirib: «Qazılar Şurasının qərarına görə, Fitr Bayramında fitrə-zəkatın adambaşına 5-10 manat verilməsi müəyyən edilib. Amma kimin imkanı varsa, onlar daha çox ayıra bilərlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG