Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

-

Facebook-un «Instagram» foto paylaşım şəbəkəsi özünün yeni reklam modelini hazırlayıb.

Bu barədə «biznes üçün Instagram» bloqunda məlumat verilir.

Məlumata əsasən, «Instagram»a yaxın zamanda «satın al», «yüklə», «üzv ol» düymələri əlavə ediləcək.

Yeni xidmətlə reklamçılar məhsullarını birbaşa «Instagram»dan sata biləcəklər.

Alıcılar da məhsul haqqında ətraflı bilgi ala biləcəklər.

«Instagram» reklamları, Facebook-da olduğu kimi, istifadəçilərin yaşına, cinsinə, maraqlarına, yaşadığı ölkəyə görə təqdim edəcək. Bu da imkan verəcək ki, məhsul potensial müştəriyə ünvanlansın.

XS
SM
MD
LG