Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

-

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan indiyədək 368 mln. ton neft, 109 mlrd. kubmetr qaz hasil edilib.

“APA”-nın məlumatına görə, bunu iyunun 4-də Bakıda öz işini davam etdirən “Caspian Oil&Gas 2015” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, AÇG yataqlarından indiyədək hasil olunan neftin 200 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib: "Azərbaycanın mənfəət nefti ilbəil artır. 2014-cü ildə yataqlar blokundan hasil edilən 34 milyon ton neftin 22,5 milyon tonu, yəni 66%-i Azərbaycanın mənfəət nefti olub".

Vitse-prezident qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarlarına 381 mln. ton neft ixrac olunub. Bunun da 275 mln. tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin payına düşüb.

X. Yusifzadə həmçinin bildirib ki, hazırda Azərbaycanın 2 mlrd. ton kondensat neft ehtiyatı var. "Xəzər dənizində mövcud olan bütün yataqların ehtiyatını hesabladıqda neft ehtiyatının çox olduğunu görmək olar. Babək, Naxçıvan, Zəfər-Məşəl, Araz-Alov-Şərq, Asiman-Şəfəq ehtiyatlarını hesabladıqda məlum olur ki, bu gün Azərbaycanın 6 trilyon kubmetr qaz və 4 milyard ton nefti var"

Günün bütün mövzuları

XS
SM
MD
LG