Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

BMT iyunun 14-də Cenevrədə Yəməndə müharibə edən tərəflər arasında sülh danışıqları keçirməyi planlaşdırır. Diplomatların sözlərinə görə, bu tarix ölkənin sürgündə olan hökuməti ilə razılaşdırılıb.

BMT-nin Yəməndəki səfiri iyunun 3-də BMT Təhlükəsizlik Şurasına deyib ki, hələlik husi yaraqlıları danışıqlara razılıq verməyib, ancaq yaraqlıların komandir köməkçisi Associated Press agentliyinə söyləyib ki, onlar iştirak edəcəklər.

Husilərin İnqilab Şurasına rəhbərlik edən Muhammad al-Houthi-nin sözlərinə görə, sürgündə olan prezident Abed Rabbo Mansour Hadi mayın 28-nə planlaşdırılan danışıqları pozub, belə ki, yaraqlıların əvvəlcə tutduqları ərazidən çıxmalı olduğunu deyib.

“Onlar Yəmən xalqını həllə apara biləcək istənilən danışıqları pozmaq üçün ilkin şərtlər qoyurlar,” Houthi deyib.

Şiəməzhəb husilər ötən sentyabrda Yəmən paytaxtı Sanaa-nı tutublar. Onlar danışıqlar üçün ilkin şərt kimi atəşkəs tələb edirlər.

Martın 26-dan sünni ərəb alyansı husilərə hava zərbələri endirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG