Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

-

"Həqiqətən də Rusiya televiziya kanalları tərəfindən Azərbaycanda keçiriləcək Avropa oyunlarına böyük maraq var. Avropa oyunları çərçivəsində keçiriləcək bütün idman yarışlarının yayımı planlaşdırılır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya Olimpiya Komitəsinin prezidenti Alexander Zhukov bildirib. Onun sözlərinə görə, I Avropa Oyunlarını VQTRK (Ümumrusiya Dövlət Teleradio Kompaniyası) iki kabel kanalı olan Sport-1 və Sport - 2 kanalları ilə yayımlayacaq: "Bundan başqa bütün yarışları "Rossiya 2" kanalı nümayiş etdirəcək".

İyunun 3-də Rusiya prezidenti Vladimir Putin ölkəsinin televiziya kanallarını Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kifayət qədər diqqət yetirmədiklərinə görə tənqid edib. Bundan sonra bir sıra kanallar yarışla bağlı yayım siyasətində dəyişiklik ediblər.

Alexander Zhukov Rusiya idmançılarının I Avropa oyunlarına ciddi hazırlaşdığını qeyd edib: "Bütün federasiyalar Avropa Oyunlarına idmançı seçiminə çox ciddi yanaşıblar. Bakıya bütün idman növləri üzrə ən güclü idmançıları aparırıq. Ümid edirik ki, Rusiya yığma komandası ümumi hesabda da birinci yeri qazanacaq".

Rusiya Olimpiya Komitəsinin prezidenti Bakı-2015-in təşkilat komitəsinin Avropa oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirib: "Mən son vaxtlar Bakıda iki dəfə olmuşam. Avropa oyunlarının keçiriləcəyi idman obyektlərinə diqqətlə baxmışam. Bütün infrastruktura, yarışların keçiriləcəyi obyektlər, bir sözlə, hər şey yüksək səviyyədədir. Möhtəşəm idman şəhərciyi tikilib. Bakı bütövlükdə özü möhtəşəm şəhərdir. Ona görə də, hesab edirəm ki, Bakı ilk Avropa oyunlarını ən yüksək səviyyədə keçirəcək".

Günün bütün mövzuları

XS
SM
MD
LG