Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

-

İyunun 3-də Qəbələdə futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların final oyunu keçirilib.

Kubok uğrunda Ağdamın “Qarabağ” və Bakının “Neftçi” komandaları mübarizə aparıb.

Ölkə çempionu “Qarabağ” və Premyer Liqanı 4-cü sırada başa vuran “Neftçi” arasındakı oyun gərgin keçib. Oyunun birinci hissəsində 2 qol vuran “Qarabağ” üstünlük qazanıb. Braziliyalı legioner Reynaldo oyunun 5-ci dəqiqəsində “Neftçi”nin qapısından ilk topu keçirərək hesabı açıb. Reynaldo görüşün 38-ci dəqiqəsində ikinci dəfə fərqlənməklə hesabı 2:0-a çatdırıb.

“Neftçi”nin oyunçusu Ernest Nfor görüşün 77-ci dəqiqəsində hesabda fərqi azaldıb – 1:2.

Amma az sonra - görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarem Muarem üçüncü qolu vurub.

Oyun “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Qarabağ” komandası dördüncü dəfə Azərbaycan Kubokunu qazanıb.

2015-ci ilin futbol üzrə ölkə çempionu və Azərbaycan Kubokunun sahibi “Qarabağ” komandasının üzvlərinə qızıl medallar təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG