Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

-

Çinin Yangtze çayında batan gəminin axtarışları davam edir. Dövlət mediasının iyunun 4-də yaydığı məlumata görə, 370 sərnişin hələ də axtarılır.

İndiyə kimi 65 nəfərin meyiti tapılıb. Gəmidəki 456 sərnişindən 14-ü sağ qalıb. Onlar da əsasən turistlərdir.

Tufana düşmüş gəmi çox qısa zaman kəsimində batıb. Bir gəmi mühəndisinin sözlərinə görə, kiminsə sağ qalmasına ümid yoxdur.

Təxminən 80 ailə polis kordonunu yarıb, hakimiyyətdən cavab tələb edib. Rəsmilər mətbuatı və ictimaiyyəti ərazidən uzaq tutmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG