Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

-

Ukrayna Rusiya qazının qışda Avropaya çata bilməsi və sistemdə qazın təzyiqini saxlamaq üçün anbarlarına kifayət qədər qaz vurmağa razılaşıb. Bunu Rusiyanın enerji naziri Alexander Novak iyunun 3-də deyib. Rusiyanın Avropa Birliyinə qaz ixracının 40 faizə yaxını Ukrayna ərazisindən keçir.

Novak deyib ki, Ukrayna bu razılığa iyunun 2-də Brüsseldə Rusiya, Ukrayna və Avropa Komissiyası ilə danışıqlardan sonra gəlib.

Danışıqlara yaxın bir mənbə Reuters agentliyinə deyib ki, Moskva və Kiyev qaz sazişi üzrə protokola razılaşıblar. Nazirlər bu ayın sonunda əsas fikir ayrılıqlarını müzakirə etmək üçün görüşəcəklər.

Əsas məsələlər protokolun nə qədər sürəcəyi, Ukraynaya daha aşağı qiymət təklifi formulu və Ukraynanın qaz tranziti üçün qoyduğu qiymətdir.

Novak Vyanada jurnalistlərə deyib: “Protokolun bəzi maddələri üzrə razılaşıblar. Qarşıdan gələn qışdan öncə anbarlara 19 milyard kubmetrdən az qazın vurulmamaması barədə də razılıq əldə olunub”.

Ukraynadan hələlik məsələyə şərh gəlməyib. İndiyədək Ukrayna bildirirdi ki, Rusiya qazının Avropa ərazisindən axınını təmin etmək üçün 14-19 milyard kubmetr qaza ehtiyac var.

Günün bütün mövzuları

XS
SM
MD
LG