Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Prezident İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarına baxıb


Foto arxiv

Foto arxiv

Prezident İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.

Prezident bundan əvvəl Sumqayıt-Bakı dairəvi dəmir yolunda görülən yenidənqurma işləri ilə tanış olub.

Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur.

Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci - Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir.

Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb.

Bu yolda 10 qatarın hərəkəti nəzərdə tutulur.

İlham Əliyevə Beynəlxalq hava limnaı dəmir yolu xətti layihəsi barədə də məlumat verilib.

Uzunluğu 25 kilometr olacaq bu xətt şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.

Sonda prezident İlham Əliyev yeni elektrik qatarları ilə tanış olub.

“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var.

Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb.

Hər bir qatarda 396 oturacaq var ki, onlardan 84-ü biznes-klasdır.

İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonradan isə Bakı-Xırdalan-Sumqayıt arasında hərəkət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG