Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Ukrayna ordusu separatçıların hücumunun dayandırıldığını bildirir


Stepan Poltorak

Stepan Poltorak

Ukrayna ordusu iitki vermədən separatçıların Marinka şəhərinə hücumunun dayandırıldığını bildirir.

Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak məlumat verib.

Onun sözlərinə görə döyüşlərdə 7 əsgər yaralanıb, amma xəsarət alan olmayıb.

Müdafiə naziri səhər saatlarında separatçıların aktivləşdiyini, amma bunun bütün cəbhə boyu hücum olmadığını bildirib.

Ukraynanın baş qərargahı separatçıların Marinka və Krasnoqorovka şəhərlərinə hücumuzamanı Ukrayna ordusunun ağır artilleriyadan istifadə etməsinə icazə verib.

Qərargah bunun səbəbini əsgərlər arasında itkidən qaçmaqla izah edir.

Ukraynanın şərqindəki ruaiyapərəst separatçılar səhər saat 4 radələrində Ukrayna ordusunun mövqelərinə hücum ediblər.

Ukrayna ordusunun məlumatına görə onlar hücum zamanı tank, minaatan və ağır silahlardan istifadə ediblər.

Separatçılar isə bu toqquşmaya görə, Ukrayna tərəfini günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG